BAKI, 5 mart. TELEQRAF
Xəbər verdiyimiz kimi, İranın Naxçıvana dron hücumu həyata keçirib.
Teleqraf xəbər verir ki, artıq Naxçıvan beynəlxalq hava limanı və digər mülki infrastrukurlardan PUA-ların qalıqları götürülüb.
Ərazidən son görüntüləri təqdim edirik:
***
13:52
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis general-mayoru Süleyman Neymətov hadisə yerinə gəlib.
Teleqraf-ın məlumatına görə, hadisə yerində araşdırmalar aparılır.
***
13:22
Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun nümayəndələri İran tərəfindən endirilən dron zərbələrindən sonra hadisə yerinə cəlb olunublar.
Teleqraf-ın məlumatına görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalar aparırlar.
Qeyd edək ki, Bu gün İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib.