BAKI, 13 mart. TELEQRAF

Ötən il 10 ölkədən olan 22 media nümayəndəsi ölkəmizdə jurnalist kimi fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçib.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

2025-ci ildə ölkəmizdə keçirilən müxtəlif tədbirlər, habelə ölkəmizin azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin qayıdışı, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, ölkəmizin tarixi, mədəniyyəti, mətbəx və turizm potensialının işıqlandırılması məqsədilə 37 ölkədən 506 xarici media nümayəndəsi qısamüddətli akkreditasiyadan keçərək ölkəmizə səfər edib.