BAKI, 5 mart. TELEQRAF

Bu gün Azərbaycandan Ermənistana neft və gübrə məhsullarının növbəti partiyası yola salınıb.

Teleqraf xəbər verir ki, 1984 ton dizel yanacağı yüklü 31 vaqon və 135 ton gübrə yüklü 2 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində göndərilib.

Qeyd edək ki, Rusiya gübrəsi Azərbaycandan tranzit keçməklə Ermənistana yola salınır.

***

09:56

Bu gün Azərbaycandan Ermənistana neft və gübrə məhsullarının növbəti partiyası yola salınır.

Teleqraf xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 1980 ton dizel yüklü 31 vaqon Biləcəri stansiyasından göndərilir.

Eləcə də Rusiyadan Azərbaycandan tranzitlə 135 ton gübrə yüklü 2 vaqon yola salınır.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.