BAKI, 3 mart. TELEQRAF

Ötən gün Astara keçid məntəqəsi ilə 33 pakistanlı İrandan təhlükəsiz şəkildə təxliyə edilib. Bununla da yardım göstərilən pakistanlıların ümumi sayı 64-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, İrandan təxliyə edilənlərdən 42-si AZAL vasitəsilə Lahora qaytarılıb. Qalanları ilə bağlı tədbirlər görülür