BAKI, 13 mart. TELEQRAF
Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2025-ci ilin dövlət büdcəsindən 512,4 mln. manat, 2026-cı ildə isə 512,7 mln. manat vəsait proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə əkin və çoxillik əkmələrin sahəsi əvvəlki ilə nisbətən 6,5%, dənli paxlalıların əkin sahəsi isə 7,7% artıb.
Yüksək əlavə dəyər yaradan meyvə və giləmeyvə sahəsi 4,3 min hektar artıb. Yeni salınan bağlar növbəti 4 ildə məhsul istehsalına təsir edəcək.