BAKI, 4 mart. TELEQRAF
İranın Qum şəhərinə endirilən zərbələr nəticəsində 6 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumat agentliyin “Telegram” kanalında dərc olunub. Bildirilib ki, itkilər İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində qeydə alınıb.
Bundan əvvəl isə münaqişənin başlanğıcından etibarən İranın İsfahan əyalətində ABŞ və İsrailin zərbələri nəticəsində azı 47 nəfərin həlak olduğu açıqlanmışdı.