BAKI, 13 mart. TELEQRAF

Keçən il dövlət büdcəsinin gəlirləri 39 milyard 185 milyon manat, xərcləri isə 38 milyard 605 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.