
BAKI, 20 fevral. TELEQRAF
Bədii gimnastika üzrə üçqat dünya çempionu Radina Tomova antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub.
Teleqraf Bolqarıstan Antidopinq Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı gimnastın verdiyi analizin nümunəsində qadağan olunmuş diuretik hidroxlortiazid aşkarlanıb.
2024-cü il oktyabrın 2-dən etibarən yarışlardan kənarlaşdırılmış bolqarıstanlı idmançının diskvalifikasiyası 2027-ci il oktyabrın 1-dək davam edəcək. Tomova idmançı karyerasına 2022-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş dünya çempionatının üç qızıl medalı daxildir. O, qrup çoxnövçülüyündə, həmçinin üç lent və iki topla hərəkətlərdə birinci olub. Bundan əlavə, Tomova, 2023-cü ildə İspaniyanın Valensiya şəhərində keçirilmiş dünya çempionatında komanda hesabında qızıl medal qazanıb.
Qeyd edək ki, Radina Tomova 2024-cü ildə karyerasını başa vurduğunu və "Lokomotiv" (Sofiya) klubunda köməkçi-məşqçiliyə başladığını açıqlayıb.