BAKI, 7 dekabr. TELEQRAF
Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
Teleqraf xəbər verir ki, bu barədə Gimnastika Federasiyası məlumat yayıb.
5 dekabr tarixində Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq liqada iştirak edən tamblinq üzrə gimnastımız Tofiq Əliyev “FaceOFF”un qalibi olub.
Tamblinq üzrə Dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı Tofiq Əliyev “FaceOFF”da ötənilki titulunu qoruyaraq yenə 10.000 tamaşaçını heyran qoyub.