BAKI, 14 oktyabr. TELEQRAF
İdman Arbitraj Məhkəməsi (CAS) İsrail Gimnastika Federasiyasının (IGF) milli komandanın gimnastlarının İndoneziyada keçiriləcək Dünya Çempionatına buraxılmaması qərarından verilən apellyasiya şikayətini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
Bundan əvvəl İndoneziya hakimiyyəti İsrail idmançılarına yarış üçün verilmiş vizaların ləğv edildiyini açıqlamışdı. Cavab olaraq, IGF təcili tədbir görülməsini üçün CAS-a iki müraciət edib. İlk müraciət Beynəlxalq Gimnastika Federasiyasına (FIG) qarşı yönəlib. Alternativ olaraq, IGF turnirin təxirə salınmasını və ya ləğv edilməsini istəyib.
CAS bəyan edib ki, İndoneziya hökumətinin qərarlarına müdaxilə etmək səlahiyyətində deyil.
Qeyd edək ki, bədii gimnastika üzrə dünya çempionatı oktyabrın 19-dan 25-dək Cakartada keçiriləcək.