BAKI, 13 sentyabr. TELEQRAF

Ukraynalı gimnastlar FIG World Challenge Cup turnirinin iştirak siyahısına daxil edilməyiblər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Gimnastika Federasiyasının saytında məlumat verilib.

Əvvəlcə iştirakçılar arasında 7 ukraynalı idmançı qeyd olunsa da, yekun start siyahıda heç birinin adı qeyd olunmayıb.

Daha əvvəl Ukraynanın Gimnastika Federasiyasının prezidenti İrina Deryuqina rusiyalı Angelina Melnikovanın turnirdə iştirakına icazə verildiyi üçün FIG-i boykotla hədələmişdi.

Qeyd edək ki, turnir 13 və 14 sentyabr tarixlərində Parisdə keçiriləcək.