BAKI, 20 oktyabr. TELEQRAF

Beynəlxalq Gimnastika Federasiyası (FIG) İndoneziyanın paytaxtı Cakartada keçirilən dünya çempionatında rusiyalı gimnastların qalib gələcəyi təqdirdə Rusiyanın dövlət himnini əvəz edəcək musiqini təsdiqləyib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, ruslar qələbələrini Pyotr Çaykovskinin Birinci Piano Konsertindən parça ilə qeyd edəcəklər. Bu musiqi həm də 2021-ci il Tokio və 2022-ci il Pekin Olimpiadalarında rusiyalı idmançıların qələbələrini qeyd etmək üçün səsləndirilib.

Dünya çempionatına oktyabrın 25-də yekun vurulacaq.