BAKI, 15 aqust. TELEQRAF

Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında tamblinq, akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, akrobatika gimnastikası üzrə kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraq gümüş medal qazanıblar.

Tamblinq üzrə Azərbaycan təmsilçisi Tofiq Əliyev tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb.

Aerobika gimnastikası üzrə dünya çempionları, qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüş medalın sahibi olublar.