BAKI, 27 may. TELEQRAF
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkənin idmançıları iştirak edəcək.
Teleqraf Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Dünya Kubokunda Azərbaycan idmançıları ilə yanaşı Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.