BAKI, 15 fevral. TELEQRAF

Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı dörd batutçu və iki məşqçiyə neytral status verib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, idmançılardan bu statusu Aleksandra Lyamina, Sergey Finçenko və Maksim Didenko, məşqçilərdən isə Yuliya Dubko və Vladislav Skakun alıb.

Qeyd edək ki, daha əvvəl neytral status batut üzrə Rusiya komandasının üzvləri Sofiya Alyayeva, Danila Kasimov, Kirill Kozlov, Yana Lebedeva və Angela Bladtsevaya verilib. Bladtseva Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edərək, 5-ci yeri tutub.