BAKI, 25 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp oktyabrın 25-də Amerika hərbçilərinin İrana zərbələr endirməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərin ABŞ-nin İrana mümkün hücumu ilə bağlı suallarını cavablandırarkən danışıb.
“Cavab xeyrdir. Bu gün zərbə olmayacaq”, – deyə ABŞ lideri bildirib.