BAKI, 25 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, O.Saral faktı türkiyəli jurnalist Talat Atillaya təsdiqləyib.

O, jurnalistin vəzifəsindən ayrıldığına dair sualını belə cavablandırıb: "Bəli, biz postumuzda daimi deyilik. Cənab Prezidentimiz məni bu vəzifəyə təyin etdi və onun göstərişi ilə ayrıldım. Heç kimə qarşı incikliyim yoxdur".

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” sualına Oqtay Saral “Bəli, elə görünür”, - deyə cavab verib.

Qeyd edək ki, onun Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını tənqid etməsi etirazlara səbəb olmuşdu.