BAKI, 19 oktyabr. TELEQRAF

“Bizə 3 xal lazımdır və meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubunun futbolçusu Daniel Svensson deyib.

24 yaşlı müdafiəçi sabahkı görüşə ciddi hazırlaşdıqlarını və qələbə qazanmaq istədiklərini bildirib:

“Baş məşqçimizin də qeyd etdiyi kimi, oyuna ciddi hazırlaşmışıq. Rəqibimizi təhlil etmək imkanımız olub və “Sabah” haqqında lazımi məlumatları əldə etmişik”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı saat 20:45-də başlayacaq.