BAKI, 20 oktyabr. TELEQRAF

Rusiya Kiyevin Şevçenkivski rayonunda elektrik şəbəkəsinə zərbə endirib.

Teleqraf RBC.ua-ya istinadən xəbər verir ki, hücum nəticəsində dörd rayonda elektrik enerjisi ilə bağlı problemlər yaranıb.

Kiyev meri Vitali Kliçko təcili yardım xidmətlərinin hadisə yerində işlədiklərini qeyd edib.

Hücumdan sonra şəhərdə elektriklə işləyən nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb.