BAKI, 20 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, turun ilk oyun günündə 9 matç keçiriləcək.
Günün diqqətçəkən qarşılaşmalarında Azərbaycanın “Sabah” klubu Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək.
Türkiyə təmsilçilərindən "Fənərbağça” isə Çexiya klubu “Slaviya Praqa” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
20 oktyabr
20:45. “Fənərbağça” (Türkiyə) – “Slaviya Praqa” (Çexiya)
20:45. “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya)
23:00. “Roma” (İtaliya) – “Slovan” (Slovakiya)
23:00. “Porto” (Portuqaliya) – PSV (Niderland)
23:00. “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – AEK (Yunanıstan)
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
23:00. “Napoli” (İtaliya) – “Budö-Qlimt” (Norveç)
23:00. “Ştutqart” (Almaniya) – “Atletiko Madrid” (İspaniya)