BAKI, 20 oktyabr. TELEQRAF
“Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, Azərbaycan çempionu turnirin əsas mərhələsinin III turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün baş hakimi İspaniya Futbol Federasiyasından Xavyer Alberola Roxas olacaq. Qarşılaşmaya saat 20:45-də start veriləcək.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. II turun “Slaviya” (Praqa) ilə oyununda isə 2:0 hesablı qələbə qazanıb.