BAKI, 19 oktyabr. TELEQRAF
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə 30 günlük cəzalandırılıb.
Teleqraf xəbər verir ki, futbolçu həmçinin düşərgəni tərk etdiyi üçün 255 avro cərimə ödəyəcək.
Xatırladaq ki, Ronaldo Millətlər Liqasının Danimarka ilə 3-cütur matçından (4:2) əvvəl millinin düşərgəsini tərk edib. Baş məşqçi Jorje Jezuş isə tərəflər arasında münaqişə olmadığını bildirmişdi.
Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasını qazanıb.