BAKI, 20 oktyabr. TELEQRAF
İran əldə edilmiş razılaşmaları pozduqdan sonra ABŞ-yə etibar etmir və indi Vaşinqton itirilmiş etimadı yalnız Tehranın qarşısına qoyduğu yeddi şərti yerinə yetirməklə bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Pakistan Müdafiə Qüvvələrinin rəisi, feldmarşal Asim Munir ilə görüşündə bildirib.
"Tramp administrasiyası iki tərəfin imzaladığı İslamabad memorandumunu pozduqdan sonra İranın ABŞ-a qarşı inamsızlığı daha da artıb. ABŞ yalnız əvvəllər Amerika tərəfinə təqdim edilən yeddi şərti yerinə yetirməklə İranın etimadını qazana bilər", - Qalibaf qeyd edib.
Parlament sədri vurğulayıb ki, İran müharibə istəmir, lakin milli ləyaqətini müdafiə etməyə tam hazırdır: "Təhdidlər və hərbi manevrlər İslam Respublikasının strateji qərarlarını dəyişdirmək iqtidarında deyil və müharibə bataqlığından çıxmaq üçün addımlar atmalı olan ABŞ-dır".