BAKI, 14 oktyabr. TELEQRAF

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klub tarixində qələbə faizinə görə ən yaxşı göstəriciyə sahib mütəxəssis olub.

Teleqraf xəbər verir ki, bu barədə “Squawka” statistik portalı məlumat yayıb.

Oktyabrın 13-də UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qalatasaray”ı 4:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi Flikin rəhbərliyi altında 127-ci oyununda 98-ci qələbəsini qazanıb. Bununla da almaniyalı mütəxəssisin komandasında qələbə faizi 77,17-yə yüksəlib.

O, bu göstərici ilə Luis Enrikeni (76,24%), Tito Vilanovanı (75%), Xosep Qvardiolanı (72,47%) və Helenio Herreranı (70,63%) geridə qoyub.

Qeyd edək ki, siyahıya ən azı 10 oyun keçirən baş məşqçilər daxil edilib.