BAKI, 6 avqust. TELEQRAF

Qavi İspaniya millisinin 2026-cı il dünya çempionu olacağı təqdirdə verdiyi vədi yerinə yetirib.

Teleqraf xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsində İspaniya çempion olarsa, saçlarını çəhrayı rəngə boyayacağını açıqlamışdı.

Futbolçu sosial şəbəkə hesabında yeni görünüşünü nümayiş etdirən şəklini paylaşaraq “sözünün adamı” (Man of his word) sözlərini əlavə edib.

Qeyd edək ki, İspaniya millisi iyulun 19-da keçirilən dünya çempionatının finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dünya çempionluğunu qazanıb.