BAKI, 22 iyul. TELEQRAF
"Neftçi" Freddi Varqasın transferini açıqlayıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən, Venesuela milli komandasının futbolçusu "2+1" il ərzində "ağ-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.
***
13:54
“Neftçi” yay transfer dövründə 5-ci transferini reallaşdırıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” İsrailin “Makkabi” (Netanya) klubunun futbolçusu Freddi Varqasın transferini rəsmiləşdirib.
Dünən axşam saatlarında Bakıya gələn Varqas bu gün tibbi müayinədən uğurla keçib. Venesuela millisinin yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
Klub yaxın saatlarda transferi rəsmən açıqlayacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu geridə qalan mövsümdə “Makkabi”nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun transfer dəyərini 900 min avro olaraq qiymətləndirir.