BAKI, 30 may. TELEQRAF
İspaniyanın "Barselona" klubu İngiltərə millisinin futbolçusu Entoni Qordonu transfer etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Entoni Qordon 2023-cü ildən İngiltərənin "Nyukasl" komandasında çıxış edirdi. O, klubla birlikdə 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.
Futbolçu başa çatan İngiltərə Premyer Liqası mövsümündə keçirdiyi 26 oyunda 6 qola imza atıb. Qordon daha əvvəl "Everton"un da formasını geyinib.
İngiltərə milli komandasında 17 oyuna çıxan yarımmüdafiəçi 2 qol vurub. O, həmçinin 2024-cü il Avropa çempionatının gümüş mükafatçısıdır.