BAKI, 28 may. TELEQRAF
İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Andoni İraola “Kristal Pelas”ı çalışdıra bilər.
Teleqraf “Gazzetta dello Sport”a istinadən xəbər verilir ki, London təmsilçisi hazırkı baş məşqçi Oliver Qlasnerlə yaxın vaxtda yollarını ayırmağı planlaşdırır.
43 yaşlı mütəxəssisin tezliklə komandanın sükanı arxasına keçəcəyi gözlənilir. Son günlər onun İtaliyanın “Milan” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, İraolanın İngiltərədə qalmağa üstünlük verib.
Qeyd edək ki, “Kristal Pelas” Konfrans Liqasının finalında İspaniyanın “Rayo Valyekano” klubunu 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.