BAKI, 28 may. TELEQRAF
Bu gün Azərbaycanln minifutbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Teleqraf xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma Avstriya yığması ilə qarşılaşacaq.
F qrupunun matçı "Tipos Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.