BAKI, 28 may. TELEQRAF
UEFA Konfrans Liqasında final matçı keçirilib.
Teleqraf xəbər verir ki, həlledici oyunda İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə İngiltərə təmsilçilərinin xeyrinə başa çatıb.
Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutub.
“Kristal Pelas” tarixində ilk dəfə Avropa kubokuna sahib olub.
Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.