BAKI, 27 may. TELEQRAF
Premyer Liqa təmsilçisi "Şəfa" baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Bu barədə Teleqraf-a paytaxt klubunun mətbuat xidməti məlumat verib.
34 yaşlı mütəxəssis "Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.