BAKI, 27 may. TELEQRAF

“Fənərbağça”da Dieqo Karlosla bağlı yeni qərar verilib.

Teleqraf xəbər verir ki, mövsümün əvvəlində “Komo”ya icarəyə verilən braziliyalı mərkəz müdafiəçisi İtaliya klubunda qalmayacaq.

Bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb. Onun sözlərinə görə, 33 yaşlı futbolçu icarə müddəti başa çatdıqdan sonra “Fənərbağça”ya qayıdacaq.

Qeyd edək ki, “Fənərbağça” Dieqo Karlosu 2025-ci ilin yanvarında “Aston Villa”dan transfer edib. İstanbul təmsilçisi onun keçidi üçün 11 milyon avro və bonuslar ödəyib.