Panama millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, baş məşqçi Tomas Kristiansen mundiala yollanacaq heyətə "Turan Tovuz"un müdafiəçisi Roderik Milleri də dəvət edib.
Qeyd edək ki, Roderik Miller Azərbaycan Premyer Liqasında çıxış edərək Dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.