BAKI, 26 may. TELEQRAF
“Sabah” qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanlı qolkiperlə imzalanan yeni sözləşmənin müddəti 1 ildir. 33 yaşlı futbolçu 2025-ci ilin yanvarından “Sabah”ın formasını geyinir.
Pokatilov paytaxt təmsilçisinin heyətində 61 oyun keçirib. O, “Sabah”la 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb.