BAKI, 26 may. TELEQRAF

İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Milan”da ayrılıq yaşana bilər.

Teleqraf “Tuttosport”a istinadən xəbər verir ki, Luka Modriç “rossonyerlər”in heyətindən ayrılmaq istəyir.

Mənbənin iddiasına görə, xorvatiyalı ulduz “Milan”ın gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra karyerası ilə bağlı planlarını yenidən nəzərdən keçirib.

Təcrübəli yarımmüdafiəçinin “Milan”la yollarını ayırmağa yaxın olduğu qeyd olunub.

38 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı və ABŞ-dən gələn təkliflərə maraq göstərmədiyi vurğulanıb. Modriçin yenidən “Real”a qayıtmaq ehtimalı isə daha real görünür.

İddialara görə, Madrid klubu xorvatiyalı sabiq futbolçusuna struktur daxilində menecer vəzifəsi təklif etməyi düşünür.