BAKI, 26 may. TELEQRAF
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli olub.
Teleqraf xəbər verir ki, İngiltərə nəhəngi komandanı Enzo Mareskaya tapşırıb.
İtaliyalı mütəxəssis bu postda Xosep Qvardiolanı əvəzləyib.
İnsayder Fabrizio Romanonun məlumatına görə, tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Mareska buna qədər “Çelsi”də çalışıb. O, 2024–2026-cı illərdə London klubunun baş məşqçisi olub.