“Liverpul” qapıçısı Alisson Bekkerlə bağlı qərarını verib.

Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi braziliyalı qolkiperi komandada saxlamaq istəyir.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, “Liverpul” Alissonla yeni müqavilə imzalamaq niyyətindədir. Tərəflər arasında hazırkı sözləşmənin müddəti növbəti mövsümün sonunda başa çatacaq.

Daha əvvəl İtaliyanın “Yuventus” klubunun 33 yaşlı qapıçı ilə maraqlandığı iddia olunurdu.

Qeyd edək ki, Alisson Bekker 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Braziliyalı qapıçının bazar dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.