BAKI, 26 may. TELEQRAF

“Neftçi” PFK-nın yetirməsi, kiçik yaşlarından ağ-qara formanı geyinən Murad Məmmədovla yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını Kiprin “Pafos” klubunda davam etdirəcək.

Qeyd edək ki, 2024/25 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.