BAKI, 26 may. TELEQRAF

“Şəfa” klubunda yeni təyinat reallaşıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılov klubun vitse-prezidenti vəzifəsinə təyin edilib.

Ə.İsmayılov daha əvvəl "Araz-Naxçıvan"da köməkçi məşqçi kimi fəaliyyət göstərib.