BAKI, 26 may. TELEQRAF
“Sumqayıt”da baş məşqçi ayrılığı yaşanıb.
Teleqraf xəbər verir ki, klub Saşa İliçlə vidalaşıb.
"Gənclik şəhər" təmsilçisi serbiyalı mütəxəssislə başa çatan müqaviləni yeniləməyib. “Kimyaçılar” İliçə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.