BAKI, 26 may. TELEQRAF
“Qalatasaray”ın futbolçusu Roland Sallai İngiltərə Premyer Liqası klubunun maraq dairəsinə düşüb.
Teleqraf "Trt Spor"a istinadla xəbər verir ki, “Fulhem” macar futbolçu üçün İstanbul təmsilçisinə 10 milyon avro təklif edib.
Bildirilir ki, “Qalatasaray” rəhbərliyi təklifi qəbul etməyib. “Sarı-qırmızılar” 6 milyon avroya transfer etdikləri Şallai üçün ən azı 15 milyon avro tələb edir.
Kerem Aktürkoğlunun yerinə transfer edilən 28 yaşlı futbolçu Okan Burukun qərarından sonra sağ cinah müdafiəçisi mövqeyində çıxış etməyə başlayıb. Məhz bu dəyişiklikdən sonra Şallai karyerasının ən yaxşı dövrlərindən birini yaşayır.
Klubun yay transfer dövründə təklifləri dəyərləndirə biləcəyi bildirilir. Buna səbəb kimi 10+4 legioner limiti ilə əlaqədar heyətdə əcnəbi futbolçuların sayının azaldılması zərurəti göstərilir.
Qeyd edək ki, Roland Sallai bu mövsüm “Qalatasaray”ın heyətində 47 rəsmi oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.