BAKI, 26 may. TELEQRAF
Kolumbiya millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, "Qarabağ"ın hücumçusu Kamilo Duran heyətdə yer almayıb.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialda iştirak edəcək komandanın siyahısında “Qalatasaray”ın futbolçusu Davinson Sançez də yer alıb.
Qapıçılar: Kamilo Varqas, Alvaro Montero, David Ospina
Müdafiəçilər: Santyaqo Arias, Daniel Munyos, Yohan Mohika, Deyver Maçado, Yerri Mina, Con Lukumi, Davinson Sançez, Viller Ditta
Yarımmüdafiəçilər: Riçard Rios, Qustavo Puerta, Xuan Kamilo Portilya, Cefferson Lerma, Kevin Kastanyo, Xames Rodriges, Xuan Fernando Kintero, Con Arias, Xorxe Karraskal
Hücumçular: Luis Dias, Karlos Andres Qomes, Caminton Kampas, Xuan Kamilo “Kuço” Ernandes, Con Kordoba, Luis Suares
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.