BAKI, 25 may. TELEQRAF

"Ölkəmizdəki dünya çempionatından sonra hər kollektiv özünə "çəki-düzən" verib. İtaliya və Fransa seçmələri xeyli artırıblar".

Teleqraf xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı haqqında jurnalistlərə açıqlamasında deyib.

O, turnirlə bağlı fikirlərini bölüşüb:

" Avropa ölkələri olduğu üçün hamısından təhlükə gözləyirik. Ora dünya reytinqinin lideri kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də özümüzü rəqiblərə qarşı fərqli hazırlamışıq. Ümid edirəm ki, qızıl medal qazanacağıq".