BAKI, 25 may. TELEQRAF

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi i Elşad Quliyev məlumat verib.

O, ümumilikdə 18 oyunçuya dəvət göndərib:

Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.

Qeyd edək ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.