BAKI, 25 may. TELEQRAF

“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovla yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Klub rəhbərliyi son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət görərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb, ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, yeni işində uğurlar arzulayıb.