BAKI, 25 may. TELEQRAF
Superliqa təmsilçilərindən “Fənərbağça” yeni transferə hazırlaşır.
Teleqraf “Sabah” nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Məhəmməd Salah ilə illik 20 milyon avro maaş qarşılığında 1+1 illik müqavilə ilə bağlı razılıq əldə edib.
Klub prezidentliyinə namizədlərdən Aziz Yıldırım və ya Hakan Safi seçiləcəyi halda, Salahın transferi rəsmiləşəcək.
Misirli ulduzun transferi “Fənərbağça” tarixinin ən bahalı keçidlərindən biri ola bilər.
Hazırda İngiltərənin “Liverpul” klubunda çıxış edən Salah son illərdə göstərdiyi performansla dünyanın ən yaxşı futbolçularından biri hesab olunur.