BAKI, 25 may. TELEQRAF

İngiltərə Premyer Liqasının son turunda “Vest Hem Yunayted” doğma meydanda “Lids Yunayted” üzərində 3:0 hesablı qələbə qazansa da, bu nəticə komandanın elitada qalması üçün kifayət etməyib.

Teleqraf xəbər verir ki, “Vest Hem Yunayted” mövsümü 39 xalla başa vursa da, “Tottenhem”in “Everton” üzərində qələbəsi London təmsilçisinin taleyini həll edib.

Beləliklə, “Vest Hem” “Börnli” və “Vulverhempton”dan sonra Premyer Liqanı tərk edən üçüncü komanda olub.

Qeyd edək ki, gələn mövsüm Premyer Liqada “Koventri”, “İpsviç Taun” və Acun Ilıcalının sahibi olduğu “Hall Siti” mübarizə aparacaq.