BAKI, 20 may. TELEQRAF

İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Alfonso Pedraza mövsümün sonunda komandadan ayrılacaq.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vilyarreal”ın yetirməsidir olan 30 yaşlı futbolçu karyerası ərzində başqa kluba tamhüquqlu transfer olunmayıb. O, müxtəlif illərdə icarə əsasında “Alaves”, “Luqo”, “Betis” və “Lids”də çıxış edib.

Pedraza “Vilyarreal”ın heyətində 200-dən çox oyuna çıxıb. O, 2020/21 mövsümündə komanda ilə birlikdə Avropa Liqasının qalibi olub.