BAKI, 20 may. TELEQRAF
Niderland millisinin hücumçusu Memfis Depay qarşıdan gələn Dünya Kubokunda iştirak etməyə bilər.
Teleqraf ESPN-ə istinadla xəbər verir ki, hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən 32 yaşlı futbolçu bud zədəsindən sonra bərpa prosesini davam etdirir.
Lakin onun son günlərdə digər ayağında da ağrı hiss etməsi vəziyyəti daha da çətinləşdirib.
Niderland millisinin baş məşqçisi Ronald Koeman turnir üçün yekun heyəti bir həftə sonra açıqlayacaq və Depayın siyahıda yer almamaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Memfis Depay 23 mart tarixindən bəri rəsmi oyuna çıxmayıb. O, 55 qolla yığmanın tarixində ən çox qol vuran futbolçudur. Milli DÇ-2026-nın qrup mərhələsində Yaponiya, İsveç və Tunis yığmaları ilə qarşılaşacaq.