BAKI, 20 may. TELEQRAF

Braziliyanın “Atletiko Mineyro” klubu mövsümün sonunda "Qalatasaray"la müqaviləsi başa çatacaq Mauro İkardi ilə maraqlanır.

Teleqraf xəbər verir ki, Braziliya təmsilçisi argentinalı futbolçunun transfer ehtimalını dəyərləndirmək üçün ilkin təmaslar qurub.

Bununla belə, tərəflər arasında razılığın əldə olunmasının çətin olduğu bildirilir.

Belə ki, Mauro İkardinin yüksək maliyyə tələbləri “Atletiko Mineyro” üçün əsas maneə hesab edilir.

Qeyd edək ki, argentinalı forvardın “Qalatasaray”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq və onun gələcəyi ilə bağlı müxtəlif transfer iddiaları səsləndirilməkdə davam edir.